• Bakı 23° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Bakı-Sumqayıt şosesində ağır qəza - ölən var

HADİSƏ

17 Oktyabr 2023 | 23:50

Bakı-Sumqayıt şosesində ağır qəza - ölən var

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, qəza şosenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı maşını idarə edən Səddrəddinbəyov Ülvi Məhəmməd oğlu sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin Ekologiya postu istiqamətində tıxac yaranıb.

Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib./apa


SON XƏBƏRLƏR

24 Iyun 2025