• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

88 yaşlı kişi gəlinini güllələdi - YENİLƏNİB

HADİSƏ

19 Oktyabr 2023 | 09:50

88 yaşlı kişi gəlinini güllələdi - YENİLƏNİB

Oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

09:38

Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026