• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəncə sakinini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

HADİSƏ

17 Noyabr 2023 | 10:03

Gəncə sakinini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Samuxda toyda adam bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bakıvaxtı.az-a  verdiyi məlumata görə, Samux Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən şadlıq saraylarının birində Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Samux Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir
 

16 noyabr 22:35

Samuxda toyda bıçaqlan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bıçaqlan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovdur.
 

22:18

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində yaxınlığında qeydə alınıb.

Belə ki,orta yaşlı kişi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib,vəziəyyininn kafi olduğu bildirilir.

Məlumata görə həmin şəxs şadlıq sarayların birində bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026