• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hacıqabulda iki avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı 

HADİSƏ

19 Oktyabr 2023 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabulda iki avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı

Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 1992-ci il təvəllüdlü Məmmədzadə Samir Məmmədhəsən oğlu, 1989-cu iltəvəllüdlü Zülfüqarov Sahil Gülqardaş oğlu və Salyan rayon sakini 1996-cı il təvəllüdlü Dadaşov Ağaqardaş Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar./report.az

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR