• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xəzər 200 metr məsafədə neftlə çirkləndirilib

HADİSƏ

21 Avqust 2023 | 19:25

Xəzər 200 metr məsafədə neftlə çirkləndirilib

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib:

“Neft ləkəsinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR