• Bakı 18° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Kəlbəcərdə maşın dərəyə aşdı - Ölən var

HADİSƏ

28 Noyabr 2023 | 18:31 | Müəllif: Subhan Mahmudov

Kəlbəcərdə maşın dərəyə aşdı - Ölən var

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.  

İlkin araşdırmalar zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov Niva markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşmış və nəticədə  xəstəxanaya aparılarkən yolda ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026