• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 7 evdən oğurluq edən şəxs tutuldu

HADİSƏ

28 Dekabr 2023 | 09:57

7 evdən oğurluq edən şəxs tutuldu

Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026