• Bakı 6° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Narkotiklə tutulan keçmiş məhkumun başqa cinayətləri üzə çıxdı

HADİSƏ

26 Yanvar 2024 | 13:20 | Müəllif: Qalib İbrahimoğlu

Narkotiklə tutulan keçmiş məhkumun başqa cinayətləri üzə çıxdı

Sumqayıtda keçmiş məhkum narkotiklə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR