• Bakı 13° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Abşerondakı yanğında 24 yaşlı qız xəsarət alıb

HADİSƏ

24 Fevral 2024 | 23:12

Abşerondakı yanğında 24 yaşlı qız xəsarət alıb

24.02.2024-cü il tarixində saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Sumqayıt Tibb Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal hadisə yerinə 1 briqada cəlb olunub. 

Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.


SON XƏBƏRLƏR

09 Noyabr 2024