• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

25 min manat pul qeyri-aşkar şəraitdə oğurlandı

HADİSƏ

26 Yanvar 2024 | 12:09

25 min manat pul qeyri-aşkar şəraitdə oğurlandı

Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026