• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dəm qazı daha 4 CAN ALDI

HADİSƏ

28 Dekabr 2023 | 10:06 | Müəllif: Qalib İbrahimoğlu

Dəm qazı daha 4 CAN ALDI

Naxçıvanda ər və arvad dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakinləri, 1990-cı il təvəllüdlü Məmmədzadə Nəsimi Xətai oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Səma Rafiq qızı dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA

***

09:26

Bakıda 2 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki. hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Qüliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlu birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026