• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapılıb  - YENİLƏNİB-1

HADİSƏ

12 Aprel 2024 | 16:56

Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapılıb  - YENİLƏNİB-1

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    12:00

    Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

      Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur. Hazırda axtarış işləri davam etdirilir

      ***

      01:02

      Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

      Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

      Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

      Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      26 Iyul 2024