• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlanıb

HADİSƏ

11 May 2024 | 10:18

Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlanıb

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

    Həyata keçirilən tədbirlərlə 4-10 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng, 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21.040 ədəd müxtəlif çaplı patron, 5 trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

    Ağdərə rayonu ərazisindən isə 5 avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlanıbXankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlanıb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR