• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdaşda yeddiotaqlı evdə yanğın olub - VİDEO

HADİSƏ

12 May 2024 | 15:59 | Müəllif: Subhan Mahmudov

Ağdaşda yeddiotaqlı evdə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan yeddiotaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026