• Bakı 29° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Nərgiz Absalamova barəsində QƏRAR VERİLDİ

HADİSƏ

11 Iyun 2024 | 13:06

Nərgiz Absalamova barəsində QƏRAR VERİLDİ

"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov da eyni ittiham ilə həbs ediliblər.


SON XƏBƏRLƏR

16 Iyun 2024