• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Siyəzəndə ƏMƏLİYYAT: silah və 53 ədəd çətənə kolu aşkarlandı

HADİSƏ

11 Iyul 2024 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

Siyəzəndə ƏMƏLİYYAT: silah və 53 ədəd çətənə kolu aşkarlandı

Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan 53 ədəd çətənə kolu, 1 kiloqram marixuana və 1 ədəd tüfəng aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    Siyəzəndə ƏMƏLİYYAT: silah və 53 ədəd çətənə kolu aşkarlandı
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026