• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hacıqabulda AĞIR QƏZA: Bir ailənin 3 üzvü...

HADİSƏ

11 Iyul 2024 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabulda AĞIR QƏZA: Bir ailənin 3 üzvü...

Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az Report.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nətisəsində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

F.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026