• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zabitimiz qəzada həlak olubmuş

HADİSƏ

11 Iyul 2024 | 11:19

Zabitimiz qəzada həlak olubmuş

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir.

S.Məhərrəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçidir. 

Qeyd edək ki, hərbçimiz Vətən müharibəsində iştirak edib. “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026