• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb

HADİSƏ

11 Iyun 2024 | 11:17

Külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: "Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib".

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024