• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tək Budanovun həyat yoldaşı deyil, kəşfiyyatının bir neçə əməkdaşı da...

DÜNYA

28 Noyabr 2023 | 13:45

Tək Budanovun həyat yoldaşı deyil, kəşfiyyatının bir neçə əməkdaşı da...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova ilə yanaşı, İdarənin bir neçə əməkdaşı da zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri mənbələrə istinadən yazıb.

    Qeyd olunub ki, zəhərlənmənin simptomları Marianna Budanovada daha tez ortaya çıxıb.

    Ehtimal olunur ki, Budanova və idarə əməkdaşları ağır metallarla qida qəbulu zamanı zəhərləniblər.

     

    ***

    12:38

    Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova xəstəxanaya yerləşdirilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNİAN Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.

      Məlumata əsasən, Budanovanın ağır metallarla zəhərlənməsi aşkar olunub. Uzun müddət səhhətində pisləşmə müşahidə olunduğu üçün xəstəxanaya yerləşdirilib.

      Mənbənin sözlərinə görə, həmin maddələr gündəlik həyatda və ya hərbi məqsədlərlə heç bir formada istifadə edilmir.

      Sözügedən ağır metalların aşkar olunması konkret bir şəxsi zəhərləmək üçün qəsdən cəhd olunmasını göstərir.

      Qeyd edək ki, Marianna Budanova 2021-ci ilin iyun ayından Kiyev meri Vitali Kliçkonun müşaviri vəzifəsində çalışır.


      SON XƏBƏRLƏR

      26 Iyul 2024