• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı AÇIQLAMA

DÜNYA

31 Yanvar 2022 | 00:15

Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı AÇIQLAMA

CHP lideri Kamal Kılıçdaroğlu Trabzonda açılış mərasimində ona “xain” deyən uşaqla bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi yazıb: 

“Xahiş edirəm, balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin. O, hələ balacadır. Hamıdan xahiş edirəm, hisslərimizə qapılmadan uşaq pedaqogikası nə deyirsə, ona əməl edin”. 

Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında deyib: 

“Mənzərə məni çox məyus etdi. Dostlarım da paylaşmışdı. Paylaşımları sürətlə silin. O uşağın, o gözəl övladımızın heç bir qəbahəti yoxdur. Videonu izləyəndə təşviş keçirdim. Belə bir şey başıma gəlməmişdi. Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”.

Xatırladaq ki, Trabzonda Berat Can Gürsoy adlı azyaşlı mikrofonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alaraq  “Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain” demişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026