Kanada öz limanlarını və ərazi sularını Rusiyaya məxsus və ya Rusiyada qeydiyyatdan keçmiş gəmilərə bağlayır.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Kanadanın nəqliyyat naziri Omar Alqabra deyib.
"Biz Ukraynanın yanında olmağa davam edəcəyik" o, bildirib. Nazir deyib ki, bütün bu addımlar Rusiyaya tətbiq edilən sanksiyalar paketinin bir hissəsidir.
















