• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya Belarusa Yaxın Şərqdən döyüşçülər yerləşdirir

DÜNYA

31 Mart 2022 | 22:41 | Müəllif: Subhan Mahmudov

Rusiya Belarusa Yaxın Şərqdən döyüşçülər yerləşdirir

Rusiya Belarusa raket bölmələri və Yaxın Şərqdən muzdluları köçürməkdə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

"Rusiya Ukrayna ərazisindəki yaşayış məntəqələrinə və infrastruktura ballistik raket hücumlarının intensivliyini artırmaq məqsədilə Belarusa raket birləşmələrini köçürməkdə davam edir. Beləliklə, Qomel vilayətində üç "İsgəndər" raket kompleksi və iki 300 hava hücumundan müdafiə sistemi aşkar edilib”, - məlumatda deyilir.

Həmçinin Yaxın Şərq ölkələrindən Belarusun Qomel şəhərinə muzdluların köçürülməsi qeydə alınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026