• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sloveniya Ukraynaya maliyyə yardımı edəcək

DÜNYA

30 Aprel 2022 | 20:54 | Müəllif: Subhan Mahmudov

Sloveniya Ukraynaya maliyyə yardımı edəcək

Sloveniya hakimiyyəti Ukraynaya 179 min avro həcmində maliyyə yardımı ayıracaq.

“Sloveniya Ukraynaya mobil telefonlar, kompüterlər, qaz generatorları, antenlər və kabellər şəklində maddi yardım göstərəcək”, - deyə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Ukraynaya monitorlu 40 dəst stolüstü kompüter, 60 notbuk, iki min anten və 39 ədəd kabel göndəriləcək. Yardımın ümumi məbləği 179 165 avro təşkil edəcək.

Mart ayında Sloveniya hakimiyyəti Ukraynaya yardım kimi silah, sursat və dəbilqə göndərmək qərarına gəlmişdi. Respublika Müdafiə Nazirliyinin rəhbəri Matey Tonin qeyd edib ki, söhbət “Kalaşnikov” avtomatlarından gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026