• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Poroşenko Zelenskiyə müraciət edib ölkədən çıxdı

DÜNYA

30 May 2022 | 20:36 | Müəllif: Subhan Mahmudov

Poroşenko Zelenskiyə müraciət edib ölkədən çıxdı

Ukraynanın sabiq Prezidenti Petro Poroşenko üçüncü cəhddə ölkədən çıxa bilib.

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Poroşenko Avropa xalq partiyasının sammitində iştirak etmək üçün Rotterdama yola düşüb.

Sabiq Prezident bundan əvvəl ölkədən çıxmağa iki dəfə cəhd göstərib. Ali Radanın rəsmi nümayəndə heyətinin üzvü kimi NATO Parlament Assambleyasında iştirak etmək məqsədilə mayın 27-də və 28-də sərhəd-buraxılış məntəqəsinə gələn sabiq prezidenti sərhədçilər geri qaytarıblar.

Bu gün səhər Petro Poroşenko ölkədən çıxmasına yardım göstərilməsi xahişi ilə Prezident Volodimir Zelenskiyə müraciət edib və gedişinin məqsədini açıqlayıb. Yalnız bundan sonra onun Polşa ilə sərhədi keçməsinə icazə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR