• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şarl Mişel və Ərdoğan taxıl məsələsini müzakirə ediblər

DÜNYA

29 Iyun 2022 | 18:16 | Müəllif: Subhan Mahmudov

Şarl Mişel və Ərdoğan taxıl məsələsini müzakirə ediblər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO Sammiti çərçivəsində görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, tərəflər Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması səylərinə göstərdiyi dəstəyi müzakirə ediblər.

 

“Rusiyanın hərbi təcavüzü və suveren dövlətə qarşı işğalı qəbuledilməzdir”, - deyə Ş.Mişel əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026