• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya radiosunda Ukrayna himni səsləndirildi 

DÜNYA

30 May 2022 | 17:16 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya radiosunda Ukrayna himni səsləndirildi

Rusiya radiosunda müharibəyə etiraz olaraq, Ukrayna mahnıları səsləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Roman Super özünün Telegram kanalında bildirib.

"Sankt-Peterburqun üç radiostansiyasında (Retro FM, Dorojnoye və Novoye radiosu) Ukrayna və müharibə əleyhinə kompozisiyalar iki saatdan çox təkrar səslənib. Əla aksiyadır", - jurnalist görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, Rusiya radiolarında Ukraynanın himni və digər müharibə əleyhinə mahnıları dinləmək mümkün olub. /modern.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026