• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə-Ermənisttan görüşündən nə gözlənilir?

DÜNYA

29 Iyun 2022 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyə-Ermənisttan görüşündən nə gözlənilir?

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında iyulun 1-də görüş olacaq. Maraqlıdır, görüşdə hansı məsələlər müzakirə mövzusu ola, həllini tapa bilər? Tərəflər arasında yekun qərarların alınmasını gözləmək olarmı?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov görüşdə bəzi məsələlərin həll edilə biləcəyini deyib: "Ermənistanın mövqeyini nəzərə alaraq görüşdən o qədər də ciddi nəticələr gözləmirəm. Lakin hər halda, bəzi xırda məsələlərin həlli mümkündür".

S.Hümbətov bildirib ki, Türkiyə Ermənistan münasibətlərinin normallaşması üçün konkret şərtlər var: "İlk növbədə Ermənistan uydurma soyqırım ideyasından əl çəkməlidir. Eyni zamanda, erməni tərəfi ərazi iddialarına son qoymalı, Ağrıdağ məsələsində inad nümayiş etdirməməlidir. Bunun üçün isə Ermənistan Konstitusiyasında dəyişiklik olmalı, bu məsələ ilə bağlı maddələr oradan çıxarılmalıdır. İndiki halda bu, real görünmür. Lakin xırda detalların müzakirəsi mümkündür".

Politoloq Türkiyə-Ermənistan münasibətləri kontekstində Ermənistanın Azərbaycanla mövcud əlaqələrinə də diqqət çəkib. Bildirib ki, artıq Türkiyə və Ermənistan arasında çarter reyslər fəaliyyət göstərir. Ermənistan tərəfi Türkiyədən yüngül tekstil sənayesinə aid məhsullar almağa başlayıb: "Bunu qarşılıqlı müsbət addım kimi dəyərləndirmək olar. Lakin daha ciddi addım üçün Paşinyan hökuməti konkret mövqe ortaya qoymalıdır. Bu mövqe ortaya qoyulduqdan sonra Türkiyə-Ermənistan münasibətləri normallaşa bilər. İndiki halda Ermənistanda yaşanan gərginliyin fonunda, Azərbaycanla problemli məsələlərin həll edilmədiyi vaxtda görüşdən ciddi nəticələr gözləyə bilmərik".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026