• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Rusiya ilə danışıqların hansı mərhələdə olduğu..." - Kuleba

DÜNYA

30 May 2022 | 18:48 | Müəllif: Subhan Mahmudov

"Rusiya ilə danışıqların hansı mərhələdə olduğu..." - Kuleba

Rusiyanın davranışı onun sülh danışıqlarına hazır olmadığını göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

XİN başçısı bildirib ki, Rusiya ilə danışıqların hansı mərhələdə olduğu bəllidir:

“Onlar Donbasda tammiqyaslı hücum mərhələsindədirlər. Rusiya Xerson və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində tam hakimiyyətini bərqərar etməyə cəhd edir. Ukraynanın bu və ya digər şəhərinə və ya infrastrukturuna atılan hər bir raket, Rusiyanın danışıqlarla bağlı mövqeyini göstərir. Rusiya danışıqlara nə qədər açıq olduğuna dair yüzlərlə bəyanat verə bilər, lakin bunların hamısı klassik KQB maskasıdır, onların real hərəkətlərini ört-basdır etmək əməliyyatıdır. Rusiyanın məqsədi təcavüzü davam etdirmək və Ukrayna limanlarının bağlanmasıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR