• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ərdoğan Zelenski ilə DANIŞDI

DÜNYA

31 Mart 2022 | 22:03 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Zelenski ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı İstanbulda martın 29-da baş tutan Rusiya-Ukrayna danışıqları olub.

Ərdoğan Ukrayna və Rusiya danışıqlar nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrinə əsasən, müharibənin dayandırılması və sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesə mənalı təkan verdiyini bildirib.

İstanbul danışıqlarından sonra gərginliyi azaltmaq üçün bəzi işarələr verməyi vacib hesab etdiyini deyən prezident Ərdoğan Ukrayna və Rusiya liderlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb.

Ukrayna prezidenti Zelenski də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün Türkiyə Prezidentinə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR