• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistanın fövqəladə hallar naziri HƏBS EDİLDİ

DÜNYA

31 Mart 2022 | 21:48 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın fövqəladə hallar naziri HƏBS EDİLDİ

İrəvan məhkəməsi Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan barəsində iki aylıq həbs qərarı verib.

Bu barədə Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, böyük korrupsiya işinin tərkib hissəsi kimi daha səkkiz müttəhimə qarşı ittiham irəli sürülüb. On nəfər şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisi A.X-nin köməyi ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Piloyanın köməkçisinin kabinetində aparılan axtarış zamanı silah və sursat tapılıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026