• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Bu xəbər saxtadır” - Ukrayna MN-dən XƏBƏRDARLIQ

DÜNYA

01 Mart 2022 | 20:39

“Bu xəbər saxtadır” - Ukrayna MN-dən XƏBƏRDARLIQ

“Rusiya saxta xəbər yayaraq iddia edir ki, Ukrayna rəhbərliyi və hökuməti ölkəni təslim edib. Bu yanlış məlumat bütün mümkün kanallar vasitəsilə tirajlana bilər. Amma bilin ki, bu saxtadır!”

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Onların məqsədi yönləndirmək, çaxnaşma yaratmaq, vətəndaşları qəzəbləndirmək və ordularımızı təslim olmağa məcbur etməkdir. Ancaq, kommunikasiyanın yox olması və bu məlumatların etibarlı olub-olmadığını yoxlamaq imkanının yaranması halında belə, əmin olun: Ukraynanın kapitulyasiya və maraqlarının təslim edilməsi mümkün deyil!

Dövlətin rəhbərliyi xalqla birlikdə rus qoşunlarının qarşısını alır və Ukrayna ərazilərini işğalçılardan azad etmək üçün mümkün olan hər şeyi edir”, - məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR