• Bakı 16° C

    1.1 m/s

Ərdoğandan Abramoviçin danışıqlara qatılmasına MÜNASİBƏT 

DÜNYA

31 Mart 2022 | 15:22 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğandan Abramoviçin danışıqlara qatılmasına MÜNASİBƏT

"Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcəyimizi və bunun səbəblərini əvvəllər dəfələrlə bəyan etmişik".

Bakıvaxtı.az xəbər verir ki. bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən dönərkən jurnalistlərin suallarına cavab olaraq bildirib.

Ərdoğan deyib ki, ölkəsi Rusiyanın hərbi fəaliyyətinə münasibətini bildirməklə yanaşı, dialoqun davam etdirilməsinə də önəm veri. Onun sözlərinə görə, bu dialoq təkcə Ukrayna kontekstində deyil, həm də Suriya, Liviya və Cənubi Qafqaz kimi Türkiyəylə sıx bağlı olan bir çox coğrafiyalarda mühüm və zəruridir.

Türkiyə Prezidenti rusiyalı iş adamı Roman Abramoviçin Rusiya-Ukrayna müzakirələrində iştirakına da münasibət bildirib.Dediyinə görə, onun danışıqlarda kimi təmsil etdiyi daha vacibdir.

"Əgər Rusiya və Putin Abramoviçi öz nümayəndə heyətinə daxil etməyə üstünlük veriblərsə, deməli, o, inanıb və etibar edib. Həmin məclisdə hamı kimi onu da salamladıq. Bu tədqiqatlarda iştirak edən bütün nümayəndə heyəti üzvlərinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu səyin nəticəsini ən qısa zamanda görəcəyik".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026