• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müttəfiqlərdən Ukraynaya silahlar yağır

DÜNYA

30 Aprel 2022 | 10:40 | Müəllif: Qalib İbrahimoğlu

Müttəfiqlərdən Ukraynaya silahlar yağır

 Rusyanın Ukraynaya təcavüzü davam edərkən Qərbin hərbi yardımları artıq ağır silahları da əhatə etməklə sürətlə artır.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ Konqresdən 33 milyard dollarlıq büdcə istəyib ki, bunun da 20 milyardı hərbi büdcədir. S-300 müdafiə sistemi ilk dəfə olaraq Ukraynanın Donbas bölgəsində Rusiyanın hava hücumlarına qarşı yerləşdirilib. Nəhayət, S-300 hava hücumundan müdafiə sistemləri Ukraynaya göndərilib.

Ukrayna Müdafiə Nazirliyi raketlərin mənbə ölkə adını çəkmədən “tərəfdaş ölkələr” tərəfindən verildiyini bildirib. Bu sistemlər Donbas və Krımı əhatə etmək üçün yerləşdirilib.

Kiyev administrasiyası Polşadan orduya Rusiya istehsalı olan 200 T-72 tankı və onlarla zirehli transportyorun gətirildiyini də açıqlayıb.

Digər tərəfdən, Almaniya parlamentinin qəbul etdiyi qanuna görə, Almaniya istehsalı olan "Leopard" tankları və "Gepard" zenit tank sistemləri Kiyevə göndəriləcək.

Aİ də müharibə başlayandan bəri 1,5 milyard dollarlıq hərbi yardım göstərib.

Ukraynaya ən ciddi silah yardımı ABŞ tərəfindən edilir. Hələ müharibə başlamamışdan əvvəl Ukraynaya 15 minə yaxın “Javelin” mobil tank əleyhinə raket və 5 minə yaxın “Stinger” mobil hava hücumundan müdafiə sistemi verilmişdi. Yaxın günlərdə onlar üçün 45 kilometr mənzilli 18 haubitsa topu və 40 min top gülləsi gətiriləcək. ABŞ həmçinin Kiyev administrasiyasına 300 kamikadze pilotsuz uçan aparat çatdırmağa hazırlaşır. Bundan əlavə, Sovet istehsalı olan 8 ədəd Mi-17 döyüş helikopteri gətiriləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026