• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lavrov Qərbin sanksiyalarından DANIŞDI: "Çətin ki, ləğv olunsun"

DÜNYA

30 May 2022 | 01:35 | Müəllif: Qalib İbrahimoğlu

Lavrov Qərbin sanksiyalarından DANIŞDI: "Çətin ki, ləğv olunsun"

"Qərbin başlatdığı anti-Rusiya sanksiyaları çoxdan hazırlanıb və çətin ki, ləğv olunsun".

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın “TF1” telekanalına müsahibəsində deyib.

“Siz dediniz ki, diplomatlar hər iki tərəfdən qovulur. Biz heç kəsi qovmamışıq. İsteriyaya bənzəyən bu sanksiyalar Qərbin təşəbbüsüdür".

Lavrovun sözlərinə görə, onların tətbiq olunma sürəti və həcmi göstərir ki, bu bir gecədə hazırlanmayıb: "Onlar çoxdan planlanıb. Çətin ki, bu sanksiyalar aradan qaldırılsın”.

Rusiya xarici siyasət idarəsinin rəhbəri onu da bildirib ki, sanksiyalar başa çatsa belə o bir müddət qüvvədə qalacaq. O, belə bir açıqlamanın ABŞ-ın müttəfiqləri tərəfindən verildiyini deyib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026