• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu robotlar xilasetmə əməliyyatlarına kömək edəcək

DÜNYA

29 Iyun 2022 | 01:27 | Müəllif: Qalib İbrahimoğlu

Bu robotlar xilasetmə əməliyyatlarına kömək edəcək

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri axtarış və xilasetmə missiyalarına kömək etmək üçün kiçik atəşböcəyi robotları hazırlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, kiçik uçan qurğular keçən ilin sonunda yaradılıb, lakin flüoresan işıqla arxa işıqlandırmanın modifikasiyası və tətbiqi yalnız bu yaxınlarda həyata keçirilə bilib. Atəşböcəkləri həşərat qanadlarının çırpılmasını təqlid edən süni əzələləri yığaraq uça bilirlər.

Qeyd edildiyi kimi, robotlar uçuş zamanı parlama qabiliyyətinə malikdir. İşıq şüalanması sayəsində robotlar bir-biri ilə əlaqə saxlaya, müxtəlif mesajlar ötürə, həmçinin operatorlara məlumat göndərə bilirlər (azərtac). Qurğuların dağılmış binalarda sağ qalanları tapması, sonra isə xilasedicilərə siqnal ötürməsi planlaşdırılır. Gələcəkdə mütəxəssislər hərəkət izləmə sistemini optimallaşdırmaq istəyirlər ki, o, real vaxt rejimində robotları izləməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026