Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ölkəsinin Osman Kavala məsələsini siyasiləşdirən münasibəti qınanılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şeni Kavala işi ilə bağlı nazirliyə çağırmasından sonra Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Şulza bildirilib ki, Berlin səfiri Şenin Türkiyədə baş verən bir hadisə ilə bağlı Xarici İşlər Nazirliyinə çağırışının diplomatik praktikaya zidd olması və sözügedən işin siyasiləşdirilməsi ifadə olunub.
Səfir Şulza müstəqil Türkiyə məhkəməsi tərəfindən mühakimə olunma qərarının heç bir qurum, orqan və ya ölkə tərəfindən şübhə altına alınmaması, Türkiyənin konstitusiyasını və beynəlxalq öhdəliklərini bilən bir hüquq dövləti olduğu, Türkiyəyə müdaxilə cəhdlərinin olduğu da bildirilib.
Ramid İbrahimov
















