• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yeni viruslarla bağlı ŞOK XƏBƏRDARLIQ

DÜNYA

30 Aprel 2022 | 10:05 | Müəllif: Subhan Mahmudov

Yeni viruslarla bağlı ŞOK XƏBƏRDARLIQ

Amerikalı alimlər 2070-ci ilə qədər minlərlə yeni virusun peyda olacağını proqnozlaşdırıblar. 

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, bu virusların yaranmasına iqlim dəyişikliyi səbəb olacaq. 

Bioloqlar yaxın 50 ildə dünya üzrə orta temperaturun artacağını bildiriblər. Bu da daha çox xəstəliklərin peyda olmasına gətirib çıxaracaq. Yaranmış yeni virusların daha çox məməli heyvanlarda, quşlarda rast gəlinəcəyi ehtimal olunur. 

Mütəxəssislərin sözlərinə görə, yeni viruslar koronavirus pandemiyası kimi hallara  səbəb olmayacaq. Amma xəstəliklərin heyvanlardan insanlara keçmə riski arta bilər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026