• Bakı 16° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Kilsə-hökumət davası: Ermənistan seçkiyə hansı ab-havayla gedir?

SİYASƏT

27 Oktyabr 2025 | 15:24

Kilsə-hökumət davası: Ermənistan seçkiyə hansı ab-havayla gedir?

“Ermənistanda seçkiöncəsi maraqlı vəziyyət yaranıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.

Onun sözlərinə görə, əslində bu, təkcə Rusiya tərəfdarlarının müqaviməti deyil, həm də Ermənistanın keçmişinin son çırpıntısıdır:

"Bu, eyni zamanda ABŞ, Fransa və Rusiyanın Qafqazdakı mübarizəsindən ciddi şəkildə təsirlənən bir prosesdir”.

Müsahibimizə görə, erməni kilsəsinin bu projedə aşkar rol alması onu göstərir ki, rus agentləri artıq Ermənistanda bitiblər:

“Çox vaxt siyasi proseslərə pərdə arxasından barmaq uzadan keşişlər məcburən səhnəyə çıxmalı olublar. Lakin hesab edirəm ki, ermənilər bir daha onları dalana dirəmiş fitnəkarlara səs verməzlər. Ermənilər ötənlərdən yaxşı dərs alıblar və bizdən fərqli olaraq pislikləri tez unutmurlar”.

Həsrət Rüstəmov: Erməni kilsəsinin bu projedə rol alması onu göstərir ki, rus agentləri artıq Ermənistanda bitiblər

Siyasi şərhçi Nikol Paşinyanın partiyasının reytinqinin məlum səbəblərdən və artıq iki dövr hakimiyyətdə olması səbəbindən aşağı düşməsinə baxmayaraq, qarşıdakı parlament seçkilərində hakim partiyanın udacağını düşünür.

Qeyd edək ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik artmaqdadır. Hakimiyyətlə kilsə arasındakı qarşıdurma yeni, daha sərt mərhələyə keçib.

Erməni Apostol kilsəsinin yüksək rütbəli din xadimlərindən birinin intim xarakterli videosunun yayımlanması ölkəni silkələyib. Eçmiədzin Patriarxlığının Baş Katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan yayılan görüntülərə münasibət bildirərək videonun saxta olduğunu və bunun Paşinyan hakimiyyətinin siyasi təbliğat hoqqabazlığı olduğunu deyib:

"Bu, hakim siyasi qüvvənin təbliğat aparatının bayağı hoqqabazlığıdır. Mənim adımı bu prosesə qatmaq siyasi sifarişdir. Enerjinizi qoruyun, cənablar  məsuliyyət anı gələcək, və o an sizin ‘arxa tərəfiniz’ tam görünəcək".

Xaçatryan hesab edir ki, hökumət kilsəni susdurmaq üçün şantaja və kompromat savaşına keçib.

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən II Qaregini nikahsızlığı pozmaqda günahlandırıb və əlavə edib ki, hakimiyyətin Erməni Apostol kilsəsi ilə heç bir münaqişəsi yoxdur:

"Bizim münaqişəmiz Müqəddəs Eçmiədzini qəsb edən və murdarlayan bir qrup insanladır".

Aydın Baxış


SON XƏBƏRLƏR