• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kim Çen Inın avtomobilinin nömrəsi GÜNDƏM OLDU

DÜNYA

20 Iyun 2024 | 11:23

Kim Çen Inın avtomobilinin nömrəsi GÜNDƏM OLDU

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina verdiyi “Aurus” markalı avtomobilin nömrəsi Koreya müharibəsinin bitmə tarixinə uyğun gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, “7 27 1953” rəqəmləri Koreya Müharibəsinin bitdiyini bildirən Koreya Atəşkəs Müqaviləsinin rəsmi olaraq bağlandığı 27 iyul 1953-cü il tarixinə uyğun gəlir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Kim Çen Ina yeni "Aurus" avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib. O, Rusiya istehsalı avtomobili hədiyyə olaraq alan ilk lider olub.

"Aurus" Rusiya prezidenti, Baş naziri və Nazirlər Kabinetinin üzvlərinin kortejlərində istifadə olunur. Xarici ölkə liderlər də Rusiyaya gələndə bu markalı avtomobillərlə təmin olunurlar. Musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026