• Bakı 22° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Məşhur bloger həbs edildi

DÜNYA

20 Iyul 2024 | 09:09

Məşhur bloger həbs edildi

ABŞ-də "Squeeze.benz" kimi tanınan məşhur "YouTube" blogeri Antonio Jinestri həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC New York telekanalı məlumat yayıb.

19 yaşlı Jinestri bir sıra oğurluqlarda ittiham olunub. Müstəntiqlərin fikrincə, bloger öz ortaqları ilə birlikdə Nyu-Cersi ştatında şəxsi binalara daxil olaraq başqalarının əmlakını oğurlayıb.

Qeyd olunur ki, çoxsaylı oğurluqlar törətməkdə təqsirləndirilən bloger polisləri ələ salaraq küçələrdə yüksək sürətlə maşın sürdüyü videosu sayəsində internetdə məşhurlaşıb. Ginestrinin "YouTube" kanalının 422 min abunəçisi var və onun videolarına bir milyon baxış var.


SON XƏBƏRLƏR

15 Iyun 2025