• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır

DÜNYA

19 Avqust 2024 | 09:02

Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır

Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq.

"Bütün əməliyyatlar, ümumilikdə 56 əməliyyat təxirə salınıb. Yanacaq tezliklə verilməsə, xəstələrdə qanqren və iltihab yaranacaq. Nəticədə ya əzalarını kəsəcəklər, ya da öləcəklər. Qeysəriyyə əməliyyatı da risk altında olan bölmələrdəndir”, - deyə o bildirib.

Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı səbəbilə növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026