• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail yeni müharibəyə BAŞLAYIR

DÜNYA

17 Sentyabr 2024 | 22:00 | Müəllif: Subhan Mahmudov

İsrail yeni müharibəyə BAŞLAYIR

İsrail təhlükəsizlik kabineti Livanla sərhəddə hərbi missiyasını genişləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, buraya İsrailin şimalında – Livanla sərhəddə yaşayan sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmaları tapşırığı da daxildir.

Belə ki, Hizbullahın hücumları səbəbiylə təxminən 68,500 nəfərin təxliyə edildiyi və şimal sərhədi boyunca yerləşən şəhərlərin raket hücumlarından böyük ziyan gördüyü deyilir.

Həm müdafiə naziri Yoav Qallant, həm də Baş nazir Benyamin Netanyahu sakinlərin geri qaytarılmasını müharibə məqsədləri siyahısına daxil etmək niyyətlərini açıq şəkildə bəyan ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026