• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

İsrail ordusu təsdiqlədi: Sinvar öldürülüb! - YENİLƏNİB

DÜNYA

17 Oktyabr 2024 | 21:35

İsrail ordusu təsdiqlədi: Sinvar öldürülüb! - YENİLƏNİB

İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.

Bakıvaxtı.az bu barədə N12 telekanalına istinadən xəbər verir.

“7 oktyabr 2023-cü il hücumlarında məsuliyyət daşıyan Sinvar İsrail ordusu əsgərləri tərəfindən öldürülüb”, - məlumatda deyilir.

 

17:55

İsrail ordusu HAMAS lideri Yəhya Sinvarın Qəzzaya hücum zamanı öldürülüb-öldürülmədiyini aydınlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

    “İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı 3 HAMAS üzvü zərərsizləşdirilib, onlardan birinin HAMAS lideri Yəhya Sinvar olması ehtimalı aydınlaşdırılır Hazırda terrorçuların şəxsiyyətini təsdiqləmək mümkün deyil", - deyə İDF sözçüsü bildirib.APA


    SON XƏBƏRLƏR

    17 Oktyabr 2024