Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzünə qara rəngli boya atılıb.
Bakıvaxtı.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, müxalifət nümayəndəsi David Kirtadze komissiyanın oturduğu masaya yaxınlaşaraq sədrin üzünə boya atıb.
Bundan sonra Kirtadze zalı tərk edib və MSK-nın iclası müvəqqəti olaraq dayandırılıb.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Müxalifət seçkinin nəticələri ilə razılaşmayaraq etiraz aksiyalarına başlayıb.