• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

ABŞ Livandakı partlayışlardan xəbərdar idi? - AÇIQLAMA

DÜNYA

18 Sentyabr 2024 | 00:52

ABŞ Livandakı partlayışlardan xəbərdar idi? - AÇIQLAMA

ABŞ Livanda rabitə qurğularının partladılması insidentlərində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Mən sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Birləşmiş Ştatlar bu hadisələrin baş verəcəyini əvvəlcədən bilmirdi. Vaşinqton baş verənlərlə bağlı məlumat toplayır”, - diplomat əlavə edib.

Qeyd edək ki, İsrailin Livanda rabitə qurğularına kiber müdaxiləsi nəticəsində silsilə partlayışlar baş verib, nəticədə azı 8 nəfər ölüb, 2800 nəfər xəsarət alıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024