• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Baydenin Avropaya səfəri başlayır

DÜNYA

17 Oktyabr 2024 | 23:21 | Müəllif: Subhan Mahmudov

Baydenin Avropaya səfəri başlayır

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 17-si axşam saatlarında eniş edəcək dövlət başçısı növbəti gün görüşlərə başlayacaq.

Səfər zamanı o, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək. Yaxın Şərqdə şiddətlənən münaqişə də sözügedən liderlərin müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, Baydenin əvvəlcə ötən həftə Almaniyaya 3 günlük səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı “Ramşteyn” bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulurdu. Lakin ABŞ-da hökm sürən “Milton” qasırğası səbəbindən səfər təxirə salınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026