• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

BMT Beyrutdakı hadisəyə münasibət bildirdi

DÜNYA

17 Sentyabr 2024 | 23:11

BMT Beyrutdakı hadisəyə münasibət bildirdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanda minlərlə mülki şəxsin yaralanmasına səbəb olan peycerlərin partladılmasından son dərəcə narahatdır.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu hadisə son dərəcə narahatedicidir... Biz, şübhəsiz ki, mülki əhalinin itkisini pisləyirik”, - o, brifinqdə deyib.

S. Düjarrikin sözlərinə görə, insident Livan və Yaxın Şərq regionunda eskalasiya riskini artıra bilər.

Qeyd edək ki, rabitə vasitələrində eyni anda baş verən partlayışlarda 2800-dən çox insan xəsarət alıb, 8 nəfər həlak olub. İranın Livandakı səfiri Müctəba Əmani də xəsarət alanlar arasındadır.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024