• Bakı 19° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Əməliyyat keçirildi: 11 şübhəli

DÜNYA

20 Iyul 2024 | 09:52

Əməliyyat keçirildi: 11 şübhəli

Türkiyədə "Kuyu-10" əməliyyatları keçirilib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, əməliyyat mərkəzi Karabükdə olan 3 vilayətdə təşkil olunub.

Sezgin Yüksel və İmdat Yükselin başçılıq etdiyi mütəşəkkil cinayət qrupunun darmadağın edildiyi, aralarında başçıları da daxil olmaqla 11 şübhəlinin ələ keçirildiyi bildirilib.

Onların cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, talama, dələduzluq, qəsdən xəsarət yetirmə, hədə-qorxu və narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətlərini törətdikləri qeyd edilib.

Həmçinin keçirilən əməliyyat tədbirləri nəticəsində 4 ədəd sənədsiz ov tüfəngi, 2 ədəd sənədsiz tapança, çoxlu sayda hesab, POS qurğuları və sənədlər götürülüb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Sentyabr 2025