Bakıda kişi arvadını bıçaqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yanvarın 6-da Nizami rayonunda, İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Rəfail Çapar oğlu kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Quliyeva Xalidə Aslan qızını qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib. Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. /Report




jpg-1675663159.webp)



jpeg-1675660927.webp)
jpg-1675660548.webp)
jpg-1675660014.webp)





